Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində ”Xocalıya ədalət” adlı anım tədbiri keçirilib.

23.02.2022

Fevralın 23-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəlilabad şəhər 1 və 2 saylı tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

İlk öncə, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O, bununla yanaşı faciə ilə bağlı tarixi faktlarlardan, mənfur düşmənin Azərbaycan xalqına qarşı yönəlmiş etnik təmizləmə planlarından bəhs edib.

Sonda məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.