Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zamanın axarını dəyişən lider” adlı tədbir keçirilib.

23.02.2022

Fevralın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Tədbirlər Planına müvafiq olaraq ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və irsinin təbliğ olunması ilə əlaqədar "Zamanın axarını dəyişən lider" adlı tədbir keçirilib. Tədbir Mərkəzin əməkdaşları, rayonun Vərgədüz kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə baş tutub.

İlk öncə, ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Sonra Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycan dövlətinin keçdiyi tərəqqi yolundan, ölkəmizin dünyaya tanıdılması istiqamətində atılan addımlardan bəhs edib. Z. Məmmədzadə həmçinin, ulu öndərin 1993-cü ildə Azərbaycan xalqını məhvolma təhlükəsindən qurtardığını, prezidentlik fəaliyyəti dövründə ümummilli liderin milli maraqları hər zaman uca tutmaqla ictimai həyatın bütün sahələrində inkişafa nail olunmasını qeyd edib.

Daha sonra "Dahi şəxsiyyət" sənədli filmi nümayiş olunub.

Qonaqlar Mərkəzdə təşkil olunan bir sıra sərgilər və ümummilli liderin dövlətçilik fəaliyyətindən bəhs edən eksponatlarla tanış olduqdan sonra tədbir yekunlaşıb.