Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa fatehləri” layihəsinin ilk tədbiri keçirilib.

21.02.2022

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Şuşa İli" çərçivəsində icrasına başlanılan "Şuşa fatehləri" adlı layihənin Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərova həsr olunan ilk tədbiri keçirilib. Tədbirdə Mərkəzin kollektivi, rayonun Hamarkənd və Anzov kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin "Şuşa İli" elan olunmasını və Mərkəzin bu istiqamətdə bugünədək həyata keçirdiyi və il ərzində keçirəcəyi layihələrdən bəhs edib. Z. Məmmədzadə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin Azərbaycanda ordu-dövlət-xalq birliyinin təcəssümü olduğunu vurğulayıb. O, eyni zamanda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Cəfərovun həyat və döyüş yolu haqqında məlumatları qonaqların diqqətinə çatdırıb. Sonra qəhrəmana həsr olunmuş sənədli filmə baxış keçirilib.

Sonda qonaqlar Mərkəzin əməkdaşlarının müşayiəti ilə "Şuşa - 270!", "Xocalı - 30!" sərgiləri ilə, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.