Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonundakı müəssisələrdə Beynəlxalq Ana Dili Günü qeyd olunub.

21.02.2022

Fevralın 21-də Cəlilabad rayon Qarazəncir, Seyidbazar və Dələli kənd kitabxana filiallarında 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dili xalqımızın mənəvi beşiyidir" adlı tədbir keçirilib. Tədbirdə kənd məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə kitabxananın əməkdaşları çıxışlarında qeyd ediblər: "Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eyni ilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır".

Sonra kənd məktəbinin şagirdləri ilə müzakirələr aparılıb.