Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür.

21.02.2022

Fevralın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Beynəlxalq Ana Dili Günü ilk dəfə 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən təsis edilib. O, bu günün qeyd olunmasında əsas məqsədin ana dilinin təbliği, saflığının qorunması və inkişafından ibarət olduğunu vurğulayıb.

Kitabxana əməkdaşı Nahidə Fərəcova qeyd edib ki, hər bir millətin dili onun maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Bu gün müxtəlif ölkələrdə 50 milyondan çox azərbaycanlı dünyanın zəngin dillərindən biri sayılan Azərbaycan dilində danışır.

Məruzə ilə çıxış edən kitabxana əməkdaşı Arzu Hüseynova diqqətə çatdırıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilində mükəmməl danışan, mahir natiq ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Qeyd olunub ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addım olmuşdur. Həmçinin qeyd olunub ki dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının ifadəsidir.