Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dil hər bir xalqın milli kimliyidir” adlı dəyirmi masa keçirilib.

21.02.2022

Fevralın 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan "Dil hər bir xalqın milli kimliyidir" adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev və rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə əlamətdar günün tarixindən və ulu öndər Heydər Əliyevin ana dilimizə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra Ayaz Əliyev mövzu barədə geniş məruzə edib. A. Əliyev Azərbaycan dilinin inkişafından və bu sahədə Heydər Əliyev dühasının rolundan geniş bəhs edib. O, hər bir xalqın varlığını müəyyən edən başlıca amillərdən birinin dil olduğunu vurğulayıb.

Daha sonra Mərkəzin əməkdaşı Elşən Abışov məsələyə tarixi aspektdən yanaşaraq mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarının düşüncələri dinlənilib və xatirə fotoları çəkilib.