Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XX əsrin qan yaddaşı” adlı tədbir.

18.02.2022

Fevralın 18-də Masallı rayon Xırmandalı kənd kitabxana filialında Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “XX əsrin qan yaddaşı” adlı tədbir keçirilib.

Öncə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Günay Xəlilova bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal olunub və etnik azərbaycanlılara qarşı soyqırım təşkil edilib. O, bu hadisənin dünya tarixində təkrarı olmayan erməni vəhşiliyi olduğunu diqqətə çatdırıb.

Sonra məruzə ilə çıxış edən kitabxana işçisi Əsmət Qasımova qeyd edib ki, Xocalı düşmənin hərbi dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olunub və bu əməllər mütəşəkkil formada həyata keçirilib. O, köçürülən azərbaycanlı əhalinin əksəriyyətinin Xankəndində saxlanıldığını vurğulayıb.

Tədbirin sonunda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.