Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür.

19.02.2022

Fevralın 19-da Cəlilabad rayon Astanlı və Ləzran kənd kitabxana filiallarında 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dilimizi qoruyaq" adlı tədbir keçirilib. Tədbirdə kənd məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə kitabxananın əməkdaşları çıxışlarında qeyd ediblər: "Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır".

Sonra kənd məktəbinin şagirdləri dilimizə həsr olunmuş şeir kompozisiyaları səsləndiriblər.