Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mədəniyyət Mərkəzində bədii film nümayiş etdirilib.

18.02.2022

Fevralın 18-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Dolu" bədii filminin yerli auditoriya üçün ilk ictimai nümayişi təşkil edilib. Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş silsilə anım tədbirləri çərçivəsində baş tutan nümayişdə filmi mədəniyyət və təhsil işçiləri, tələbələr və digər rayon sakinləri izləyib.

Qeyd edək ki, tanınmış yazıçı və siyasi-ictimai xadim Aqil Abbas və kinorejissor Elxan Cəfərovun müəllifliyi ilə ərsəyə gətirilmiş ekran əsəri Birinci Qarabağ müharibəsində xalqımızın düşmənlə apardığı haqq mübarizəsi, eləcə də bu fonda cərəyan edən digər hərbi-dramatik hadisə və acı talelərdən bəhs edir.

Əlavə edək ki, anım tədbirləri çərçivəsində bu qəbildən olan bədii filmlərin digər mədəniyyət müəssisələrində də nümayiş olunması planlaşdırılır.