18.02.2022
Fevralın 18-də Cəlilabad rayon Hacıcavad və Şorbaçı kənd kitabxana filiallarında "Şuşa İli"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirdə kitabxana filiallarının əməkdaşları çıxışlarında qeyd ediblər: "Şuşa zəfərindən dərhal sonra şəhərdə tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir".
Yekunda məktəblilər "Şuşa ili"nə həsr olunmuş şeir kompozisiyaları səsləndiriblər.