Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda vətənpərvərlik mövzusunda tədbir keçirilib.

18.02.2022

Fevralın 18-də Cəlilabad rayon Privolnoye kənd Kitabxana filialı və kənd Mədəniyyət Evinin əməkdaşları vətənpərvərlik mövzusunda "Vətənpərvərlik gəncliyin amilidir" adlı tədbir keçiriblər. Tədbirdə kitabxananın oxucuları iştirak ediblər.

Əvvəlcə, Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxanaçı Şəfəq Məmmədova çıxışında qeyd edib: "Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır".

Daha sonra Mədəniyyət Evinin əməkdaşı Təranə Musayeva bildirib ki, "Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimiz də heç zaman unudulmayacaq".

Sonda oxucular vətənpərvərlik şeirləri səsləndiriblər.