Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

17.02.2022

Fevralın 17-də Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xocalı faciəsinə həsr olunmuş "Qan yaddaşımız" adlı tədbir keçirilib. Tədbirdə tələbələr iştirak ediblər.

Əvvəlcə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın metodisti Əliyar Bağırov çıxışında bildirib: "Azərbaycan xalqının tarixinə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər".

Daha sonra tədbirin aparıcısı Asudə Abışova çıxışında bildirib ki, müharibə bəşəriyyətin xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. "Belə işğalçı qəsbkarlıq fəlakət, dağıntı və dəhşətli faciələrlə yadda qalır. Ona görə də, yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi" - o, bildirib.

Sonda tələbələr Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.