Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Xocalı soyqırımını unutmayaq!” adlı tədbir.

17.02.2022

Fevralın 17-də Yardımlı Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar "Xocalı soyqırımını unutmayaq!" adlı tədbir keçirilib. Tədbirdə Qalereyanın kollektivi və Yardımlı şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri də iştirak edib.

Öncə, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qalereyanın direktoru vəzifəsini icra edən Sirac Sultanov faciə barədə çıxış edib. Daha sonra adıçəkilən təhsil müəssisəsinin müəllimi Ramin Qasımov çıxışında ermənilərin ölkəmizə qarşı qondarma ərazi iddiaları, faciənin səbəbləri, dövrün siyasi-ictimai vəziyyəti və xalqımızın düşmənlə apardığı haqq mübarizəsi barədə ətraflı məlumatlar verib.

Tədbirin sonunda rəssam Bəhmən Nuriyevin Xocalı soyqırımına həsr olunmuş rəsm işlərinə baxış keçirilib və xatirə fotoları çəkilib.