Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində könüllülər üçün kompüter dərsləri keçirilir.

15.02.2022

Fevralın 15-də Masallı rayon Heydər Əliyev Mərkəzində könüllülər üçün kompüter dərslərinin keçirilməsinə başlanılıb. Mərkəz könüllülərinin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini artırmaq, eləcə də onların kompüterdə sərbəst, səlis və cəld işləmək bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan kursun ilk dərsi uğurla keçirilib.

Qeyd edək ki, xüsusi proqram üzrə və ödənişsiz əsaslarla təşkil edilən kursda məşğələləri təcrübəli müəllim Gülcahan Vəkilzadə aparır.