Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar müşavirə keçirilsi

03.04.2018

03 aprel  2018 – ci il tarixində Yardımlı şəhər klubunda rayonun Mədəniyyət işçiləri üçün təşkil edilmiş  seminar müşavirə keçirildi.

Seminarda Yardımlı rayon Mədəniyyət  Mərkəzinin direktoru  N.Abiyev  23 – 24 mart 2018 –ci il tarixdə güclü küləyin nəticəsində müəssisələrə dəymiş ziyan barədə məlumat verdi. Ziyanın aradan qaldırılması ilə əlaqədar işçilər qarşısında duran vəzifələrə toxundu. 

MKS – in direktoru R.Səfərov Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar müəssisələrin görəcəyi işlər , keçirəcəyləri tədbirlər barədə məlumat verdi. Aprel ayı ərzində keçiriləcək tədbirlər barədə  metodistlərin əməli köməkliyi qeyd edildi.

28 aprel 2018 – ci il tarixdə görkəmli oftomotoloq Z.Əliyevanın anadan olmasının 95 – ci ildönümü ilə əlaqədar müəssisələrdə keçiriləcək tədbirlər barədə kənd işçilərinin qarşısında duran vəzifələrdən danışıldı.