Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”Xocalı soyqırımı qan yaddaşımızda” adlı tədbir keçirilib.

12.02.2022

Fevralın 12-də Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kitabxananın oxucuları iştirak ediblər.

Əvvəlcə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdəki çıxışlarda bildirilib: "Ermənilərin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikcə qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırım törədənlərə qarşı nifrət artır. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə, 30 il bundan əvvəl qətlə yetirilmiş insanların qisasını aldı. Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayrağımız soyqırım qurbanlarının vəfa borcudur".

Sonda oxucular Xocalı faciəsinə həsr etdikləri şeirləri səsləndiriblər.