Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa İli” ilə əlaqədar rəsm sərgisi.

07.02.2022

Fevralın 7-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Vərgədüz kənd kitabxana filialında "Şuşa İli" ilə əlaqədar rəsm sərgisi təşkil olunub.

İlk öncə, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən Kitabxana filialının müdiri Vüsal Cəbiyev və Vərgədüz kənd tam orta məktəbinin müəllimi Türkel Tağıyev 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunmas, həmçinin Qarabağ hakimi Pənahəli xan tərəfindən Şuşa qalasının salınması, qalanın strateji mövqeyi və hərbi əhəmiyyəti haqqında iştirakçılara geniş məlumatlar veriblər.

Sonda şagirdlərdən Fatimə Nəcəfli, Tunar Nəcəfli və Nurcan Təhməzlinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.