Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”Şuşa İli” ilə əlaqədar tədbir.

09.02.2022

Fevralın 9-da Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunması ilə əlaqədar "Şuşanın dağları" adlı tədbir keçirilib. Tədbirdə Kitabxananın gənc oxucuları iştirak ediblər.

Tədbirdə çıxış edən Kitabxananın əməkdaşı Əsmər Sadıqova bildirib ki, Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Ə. Sadıqova həmçinin qeyd edib: "Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi yaradılmışdır".

Sonda oxucular "Şuşa İli"nə həsr olunmuş şeirlər səsləndiriblər.