09.02.2022
Fevralın 9-da Cəlilabad rayon Hamarqışlaq kənd kitabxana filialında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici xarakterli dəyirmi masa təşkil olunub. Tədbirdə kənd məktəbinin azyaşlı şagirdləri və yeniyetmələr iştirak ediblər.
"Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbirdə kitabxanaçı Aidə Cəbrayılova qeyd edib: "Narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Daha çox yeniyetmələr təhlükəli işlərə meyilli olduğundan, məhz şəxsiyyətin formalaşdığı dövrdə bir sıra qabaqlayıcı fəaliyyətlərin aparılması vacibdir. Lazımi yanaşma və təsirli informasiyalar verilərsə, uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik ola bilərlər".
Sonda məktəblilərlə müzakirələr aparılıb.