Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” çərçivəsində tədbir keçirilib.

09.02.2022

Fevralın 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları və tələbələr iştirak edib.

Öncə, tədbir iştirakçıları vətən uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsini Azərbaycan xalqının tarixi və mədəni-mənəvi irsinə verilən böyük qiymət və dəyərin bariz nümunəsi kimi xarakterizə edib. Ə. Tağıyeva Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu da çıxışında xüsusi vurğulayıb.

Sonra Muzeyin əməkdaşı Sevinc Əliyeva Şuşa şəhəri, onun qədim tarixi abidələri, mədəniyyət və incəsənət xadimləri haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra çıxış edən Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə sayəsində ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyini qeyd edib.