Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Narkomaniya - əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib.

11.02.2022

Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və R. Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Narkomaniya - əsrin bəlası" mövzusunda maarifləndirici tədbir keçirilib.

İlk öncə, Vətənimizin azadlığı və bütövlüyü uğrunda həyatından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov və Muzeyin əməkdaşı Sevinc Əliyeva narkomaniya kimi zərərli vərdişlərin yaratdığı fəsadlardan, gənc nəslin sağlam tərbiyəsi yönümündə aparılan maarifləndirici işlərdən danışıblar.

Masallı şəhər 1 saylı tam orta məktəbinin müəlim və şagirdlərinin iştirak etdiyi tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb.