Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elm fədaisi - Ziya Bünyadov!

21.12.2021

Dekabrın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Elm fədaisi - Ziya Bünyadov!” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. Onun atası Bibiheybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Ziya Bünyadov 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Sonra kitabxana əməkdaşı Bilqeyis Məmmədova diqqətə çatdırıb ki, Ziya Bünyadov 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Ziya Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə İslam dininin müqəddəs kitabı olan Quranı Azərbaycan dilinə tərcümə etdiyinə görə Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. Akademik Ziya Bünyadov 1992-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. Akademik 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.