Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şərq poeziyasının günəşi” - Yardımlıda tədbir

14.12.2021

Dekabrın 14-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Şərq poeziyasının günəşi" adlı tədbir keçirilib. Tədbirdə müəssisənin əməkdaşları və Yardımlı şəhər 1 saylı tam orta məktəbinin şagirdləri iştirak edib.

Tədbiri Kitabxananın direktoru Rahim Səfərov açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Sonra müəssisə əməkdaşlarından Gündüz Manafov, Vasif Abdulov, Rizvan Adışov Nizami Gəncəvinin hikmətli kəlamları, müdrik nəsihətlərindən sitatlar gətirərək şairin yaradıcılığı barədə fikirlərini bildiriblər.

Kitabxananın fəal oxucuları olan məktəblilər - Arzu Qurbanlı, Rübabə Səmədli, Kənan Adızadə şairin əsərlərindən nümunələr səsləndiriblər.

Sonda "Nizami Gəncəvi İli” ilə əlaqədar Kitabxanada açılmış sərgiyə baxış keçirilib.