Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq rəssamı Kamil Əliyevin həyat və yaradıcılığına həsr olunmuş tədbir

13.12.2021

Dekabrın 13-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə tədbir təşkil olunub. Mərkəzdə keçirilən tədbirdə müəssisənin rəhbərliyi və əməkdaşları, Yardımlı rayon Peşə Məktəbinin kollektivi iştirak edirdilər.

Tədbirdə Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, müəssisənin elmi işçisi Zeynəb Məmmədzadə və adıçəkilən peşə təhsili müəssisəsinin direktoru Qabil Ağayev öz çıxışlarında Azərbaycan incəsənətinə töhfələr vermiş xalçaçı-rəssam Kamil Əliyevin həyatı və zəngin yaradıcılığı barədə fikirlərini bölüşüblər. Çıxışlarda Kamil Əliyevin əsərlərinin Paris, London, Ankara, İstanbul, Moskva kimi şəhərlərin muzeylərində nümayiş olunduğu qeyd olunub. Onlar həmçinin, sənətkarın özünün ilk əsərini şair Məhəmməd Füzuliyə həsr etməsindən bəhs edib, yaradıcılığı ilə rəssamlıq sənətinə yeniliklər gətirməsindən danışıblar.

Çıxışlardan sonra görkəmli sənətkarın əsərlərindən nümunələrə və rəssamın könüllü Kəmalə İbişli tərəfindən çəkilmiş portretinə baxış keçirilib. Tədbirin yekununda rəssamın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş etdirilib.