Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət ictimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

12.12.2021

Dekabrın 12-də Masallı rayonunun mədəniyyət ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim və görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsini yad ediblər. Mədəniyyət işçiləri ulu öndərin şəhərin mərkəzi parkının ərazisində ucaldılmış abidəsini böyük ehtiramla ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Ümummilli liderin xatirəsini qürurla anır, ruhuna Allahdan rəhmət diləyirik!