Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 Dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

11.12.2021

Dekabrın 11-də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər adlı günəş sönməz" adlı sərgi təşkil edilib. Sərgidə adıçəkilən kənd məktəbinin şagirdləri iştirak edib.

Kitabxanaçı Şəfəq Məmmədova ulu öndər haqqında deyib: "Heydər Əliyev uzaqgörənliyi, qətiyyət və cəsarəti ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər sırasında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Ulu öndər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafı, milli mədəniyyətimizin dünyada tanıdılması üçün mühüm işlər görmüşdür. Ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlər və davamlı inkişaf tempi buna aydın sübutdur".

Sonda məktəblilər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.