Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiyaların keçirilməsi davam edir

11.12.2021

Dekabrın 11-də Masallı regional "ASAN xidmət" mərkəzinin könüllüləri ümummilli liderin anım günü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ekskursiya zamanı Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə könüllülərə ümummilli lider Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərini özündə əks etdirən fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verib.

Mərkəzin əməkdaşı ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğinin və öyrənilməsinin əhəmiyyətini, Heydər Əliyev yolunun hər bir vətəndaş üçün örnək olduğunu bildirib.

Sonda ulu öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkilib.