Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunun Alar kəndində ulu öndərin xatirəsi anılıb

10.12.2021

Dekabrın 10-da Alar kənd Mədəniyyət Evi, kənd kitabxana filialı və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə adıçəkilən təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Məktəbin direktoru Nazim Əsgərov ulu öndərin şəxsiyyəti, siyasi uzaqgörənliyi və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıb.

Tədbirə digər iştirakçıların çıxışları, Mədəniyyət Evinin fəal üzvləri və məktəblilərin ulu öndərə həsr olunmuş mahnı və şeirlərin ifasından sonra yekun vurulub.

Daha sonra iştirakçılar ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.