09.12.2021
Dekabrın 9-da Cəlilabad rayonunun bir qrup mədəniyyət işçisi Bakı şəhərinə səfər ediblər. Səfər zamanı öncə ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub, dahi şəxsiyyətin ruhu ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən mədəniyyət işçiləri, Hərbi Qənimətlər Parkına da yollanıblar. Vətən müharibəsində düşməndən qənimət götürülmüş döyüş texnikaları ilə tanış olan işçilər, oradan böyük qürur və fərəh hissi ilə ayrılıblar.