Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər ücün ekskursiya təşkil edilib

09.12.2021

Dekabrın 9-da rayonun Təzə Alvadı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib.

İlk öncə, Muzeyin əməkdaşı Heyran Lələyeva məktəblilərə regionun tarixi, adət-ənənələri, sənətkarlıq sahələri, məişəti, tanınmış ziyalıları, müharibə iştirakçıları və Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar verib.

Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva ulu öndərin həyat yolu və fəaliyyəti haqqında çıxış edib. Ə. Tağıyeva bildirib ki, son illər ərzində ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında müşahidə edilən inkişaf dinamikası ümummilli lider Heydər Əliyevin müəllifi olduğu siyasi kursla bilavasitə bağlıdır.

Daha sonra məktəblilər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.