Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın inkişafında Heydər Əliyevin rolu” - Masallıda tədbir

10.12.2021

Dekabrın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində Mərkəzi Kitabxana və Muzeyin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Azərbaycanın inkişafında Heydər Əliyevin rolu" adlı tədbir keçirilib.

Muzeyin direktoru Əntiqa Tağıyeva Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu prosesi və müstəqilliyin qorunub möhkəmləndirilməsindəki müstəsna rolu və xidmətlərindən bəhs edib.

Tədbirdə çıxış edən Masallı Dövlət Rəsm Qalereyasının direktoru Təhmasib Məcidov və Muzeyin əməkdaşı Sevinc Əliyeva bütün həyatını xalqının xoşbəxt gələcəyinə, güclü dövlətin yaradılması və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Mərkəzi Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni çıxışında bildirib ki, Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini unutmayan dünya azərbaycanlıları, ulu öndərin xatirəsini hər zaman ehtiramla yad edirlər.

Tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Masallı rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin siyasi irsini əks etdirən sərgiyə baxıblar.