Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün ekskursiya keçirilib

08.12.2021

Dekabrın 8-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bir qrup gənc Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak edib. Gənclər əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ekskursiya zamanı gənclərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən videomateriallar və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Ekskursiya zamanı gənclər ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend və kitablarla tanış olublar. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək təşkil edir.

Sonda gənclər ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.