Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dönüşdən qurtuluşa gedən yol” - Yardımlıda tədbir

09.12.2021

Dekabrın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq “Dönüşdən qurtuluşa gedən yol” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, Köryədi və Gavran kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayaraq çıxışa başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu haqqında geniş məruzə ilə çıxış edib. A. Ağayev müstəqilliyin əldə olunmasından sonra ölkəmizin qarşılaşdığı çətinliklərdən, həmçinin ulu öndərin ikinci qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında müşahidə edilən inkişaf meyllərindən bəhs edib.

Sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə ölkəmizin tərəqqi yoluna qədəm qoyması, o cümlədən aparılmış uğurlu sosial siyasət barədə fikirlərini bildirib.

Tədbirin sonunda “Xilaskarın ömrü” sənədli filmi nümayiş olunub, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara və kitab sərgisinə baxış keçirilib.