Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zamana sığmayan ömür” adlı tədbir keçirilib

07.12.2021

Dekabrın 7-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq “Zamana sığmayan ömür” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, Köryədi kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Ulu öndərin büstünü ziyarət etməklə başlanan tədbir, sonra dəyirmi masa arxasında davam edib. Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, əməli ilə tarix yazaraq əbədilik qazanmış dahi şəxsiyyət haqqında geniş məlumat verib. Bildirilib ki, dahi rəhbərin hakimiyyəti illərində xalq-dövlət birliyinin əsası qoyulub, milli maraqların təmin olunması ali məqsəd hesab edilib. O, ölkəmizin dünya səviyyəsində tanınmasını məhz Heydər Əliyev siyasi dühasının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ulu öndərin rəhbərliyinin hər iki dövründə öz xalqının səadəti naminə gördüyü işlər, həmçinin ümummilli liderin siyasi səriştəsi və örnək şəxsiyyəti haqqında düşüncələrini dilə gətirib.

Tədbirin sonunda “Dahi şəxsiyyət” filmi nümayiş olunub, Heydər Əliyevin anım günü ilə əlaqədar açılmış kitab sərgisinə baxış keçirilib.