Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda məşğulluğa dəstək layihəsi çərçivəsində “Öz biznesinə başla” təlimləri keçirilir

07.12.2021

Masallı rayon Heydər Əliyev Mərkəzində Dünya Bankı tərəfindən maliyələşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı və "Ekvita" konsaltinq şirkəti tərəfindən icra edilən məşğulluğa dəstək layihəsi çərçivəsində "Öz biznesinə başla" təlimləri keçirilir.

Təlimlər Masallı rayonunda özünəməşğulluq fəaliyyətini qurmaq istəyən 18 nəfər vətəndaş üçün təşkil edilmişdir. Təlimlərdə qazilər, şəhid ailəsi üzvləri, həmçinin digər şəxslər iştirak edir.

Təlimlərdə iştirak edənlər broyler-inkubator, mebel istehsalı, kiçik dəmirçi sexi, dülgərlik və s. sahələrdə avadanlıqların əldə edilməsi üçün biznes təlimləri keçib, daha sonra biznes plan hazırlayıb təqdim edəcəklər.

Qeyd edək ki, 7 - 17 dekabr tarixlərini əhatə edəcək təlimləri Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi Rafət Şirəliyev aparır.