Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uzunmüddətli əmək fəaliyyətlərinə görə mədəniyyət işçilərinə fəxri mükafatlar təqdim edilib

04.12.2021

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov uzunmüddətli səmərəli əmək fəaliyyətlərinə görə mədəniyyət işçilərini İdarənin "Təşəkkürnamə"si ilə təltif edib. Dekabrın 3-də fəxri mükafatların təqdimetmə mərasimi olub.

Tədbirdə çıxış edən İdarə rəisi təltif olunan mədəniyyət işçiləri Əmiralı Yaqubov və Səxavət Hüseynovu təbrik edib, mədəniyyət sahəsindəki çoxillik səmərəli əmək fəaliyyəti və xidmətlərinə görə rəhbərlik etdiyi kollektiv adından onlara minnətdarlıq edib. Mədəniyyət işçiləri isə onlara təqdim edilən mükafatları əməklərinə verilən yüksək qiymət kimi dəyərləndirərək İdarə rəisinə təşəkkür ediblər.

Qeyd edək ki, Əmiralı Yaqubov Masallı rayon Mədəniyyət Mərkəzinin Xırmandalı kənd Mədəniyyət Evində bədii rəhbər, Səxavət Hüseynov isə Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi vəzifəsində çalışır.