Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir, Naftalan, Sumqayıt və Xızı məktəbliləri Masallıda

28.03.2018

Martın 28-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları – Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir, Naftalan, Sumqayıt və Xızı məktəbliləri və onların müəllimləri Masallıya gəldilər. Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri,

müəllimlər və ictimaiyyət nümayəndələri qarşıladılar.

       Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri Rafil Hüseynovun salamını çatdıraraq “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışdı və cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirdi.

     Məktəblilər ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə təzə tər çiçəklər düzdülər. İştirakçılar musiqi təranələri altında uşaq-incəsənət məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış oldular.

    Sonra tur iştirakçıları "Asan xidmət"ə gəlib, buradakı "İntellektual mərkəz"də keçirilən masallı məktəblilərinin "Breyn Rinq" yarışmasını izlədilər.

    Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaratdı. Tur iştirakçılarının ekspozisiya ilə tanışlığı onlarda

 böyük maraq oyatdı.

   KİV nümayəndələrinə müsahibələrində Laçın, Qubadlı, Siyəzən, Şabran, Mingəçevir, Naftalan, Sumqayıt və Xızı məktəbliləri, müəllimlər Masallı, masallılar haqqında xoş sözlər dedilər, qonaqpərvərliyə görə məmnun oldular.