Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Masallıda geniş konsert proqramı ilə çıxış edib

02.12.2021

Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin musiqi və incəsənət məktəbləri arasında sənət münasibətlərinin qurulması və qarşılıqlı yaradıcılıq səfərlərinin təşkil olunması təşəbbüsü çərçivəsində konsert proqramı keçirilib. Dekabrın 2-də baş tutan incəsənət tədbirində Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin pedaqoji və şagird kollektivi geniş musiqi proqramı ilə çıxış edib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaq kollektivi salamlayıb və tədbirdə iştiraka görə onlara təşəkkür edib. İdarə rəisi məktəblər arasında təhsil və yaradıcılıq sahəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılması, habelə qastrol səfərlərinin təşkilinə birgə təşəbbüsün göstərilməsini müsbət qarşılayıb. Rəis bu səpkili səfərlərin olmasını səmərəli hesab edib, əlaqələrin bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb.

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru İkram Manafov isə dəvətə və kollektivinə yaradılan müvafiq şəraitə görə İdarə rəisi və Masallıdan olan həmkarı Fərhad Qurbanova minnətdarlığını bildirib. İ. Manafov qarşılıqlı səfərlərin kollektivlər arasında yaradıcılıq əlaqələrinə və şagirdlərin inkişafına töhfə verəcəyini deyib.

Çıxışlardan sonra qonaq musiqi kollektivinin konsert proqramı başlayıb. İlk olaraq, şagirdlər ritm alətlərində nümunəvi çıxışlar ediblər. Sonra tədbir məktəbin pedaqoji və şagird heyətinin iştirakı ilə davam edib. Qonaqlar konsert ərzində bir-birindən maraqlı musiqi kompozisiyaları, müxtəlif alətlərdə zövqoxşayan solo ifalar səsləndiriblər.

Pandemiya şərtlərinə əməl edilməklə keçən sənət proqramı tamaşaçılar tərəfindən məmnunluqla seyr edilib.