Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri ”Təşəkkürnamə” ilə təltif olunub

30.11.2021

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə çalışan bir qrup mədəniyyət işçiləri İdarənin "Təşəkkürnamə"si ilə təltif olunub. 8 Noyabr - Azərbaycanda Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirak və təşkilatçılığa görə verilən adıçəkilən fəxri mükafatlar 30 noyabr tarixində sahiblərinə təqdim edilib.

İdarə rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərini təbrik edərək onlara gələcək işlərində uğur arzulayıb. İdarənin son zamanlardakı fəaliyyəti və reallaşdırılan yeni mədəni-yaradıcı layihələrdən danışan rəis, təltif olunan mədəniyyət işçilərinin bundan sonrakı fəaliyyətlərdə də aktiv mövqe nümayiş etdirəcək və yaradıcı təşəbbüslərlə mədəniyyətə yeni töhfələr verəcəklərinə əmin olduğunu bildirib. Mədəniyyət işçiləri isə diqqətə və əməklərinə verilən dəyərə görə İdarə rəisinə minnətdarlıq ifadə ediblər.

Sonra fəxri mükafatlar öz sahiblərinə verilib. Yekunda xatirə fotoları çəkdirilib.