Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mərkəzi Kitabxanasında ”Aşıq Ələsgərin söz dünyası” adlı tədbir keçirilib

29.11.2021

Noyabrın 29-da Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgərin söz dünyası” adlı tədbir keçirilib.

Kitabxananın direktoru Əlhəddin Nəzərov Aşıq Ələsgərin həyatı və poetik yaradıcılığı haqqında tədbir iştirakçılarına ümumi məlumat verib. O, bildirib ki, Azərbaycan aşıq ədəbiyyatının ən böyük nümayəndələrindən biri olmuş Aşıq Ələsgər öz şeirlərində sadə xalq dilindən, axıcı və rəvan üslubdan ustalıqla istifadə etmiş, ecazkar və bənzərsiz poeziyası ilə aşıq sənətinə həm məzmun, həm forma rəngarəngliyi gətirmişdir.

Sonra kitabxananın əməkdaşı Aygül Mirzəzadə aşığın yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Tədbir zamanı Masallı Dövlət Regional Kollecinin tələbələri – Sənan Əliyev Aşıq Ələsgərin “Ayağa qarqar”, Rüfəyya Səfərova, Fatimə Əhmədova, Rüfanə Abbasova, Səbinə Məmmədli isə aşığın “Gərəkdi“ qoşmasını səsləndiriblər.