Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi üçün nikah mərasimi təşkil edilib

28.11.2021

Noyabrın 28-də Masallı rayon Heydər Əliyev Mərkəzində rayonun Yeddioymaq kənd sakini Vətən müharibəsi qazisi Əlirzayev Orxan İbrahim oğlu və həyat yoldaşı Əlirzayeva Leyla Nazim qızı üçün nikah mərasimi təşkil edilib.

Mərasimdən öncə gənclər Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsini ziyarət ediblər. Sonra gənclər Masallı rayon Heydər Əliyev Mərkəzində olub, burada ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Mərkəzin direktoru Dilbər İbayeva ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açıb, yeni ailə quran cütlüyə xoş arzularını bildirib.