Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadın zorakılığına yox deyək!

30.11.2021

Noyabrın 30-da Masallı rayon Mərkəzi Kitabxanasında 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü haqqında məlumat verib. O, öz çıxışında bildirib ki, zorakılıq qadınların özlərinin potensialından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, cəmiyyətin ümumi inkişafına əngəl törədir.

Kitabxananın digər əməkdaşı Bilqeyis Məmmədova qadın zorakılığından, hər zaman aktual olan bu problemə qarşı dünyada və ölkəmizdə aparılan mübarizədən bəhs edən məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən şairə Meysaba Aslanova qadınların gündəlik həyatda yaşadığı çətinliklər, erkən nikah və onun törətdiyi ağır fəsadlar barədə fikirlərini izləyicilərin diqqətinə çatdırıb.