Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bütün bəşəriyyətin ən ağrılı problemi; narkomaniya” adlı tədbir

25.11.2021

Noyabrın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq “Bütün bəşəriyyətin ən ağrılı problemi; narkomaniya” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Yardımlı rayon Peşə Məktəbinin müəllim və şagird kollektivi, Yardımlı rayon Psixoloqlar Birliyinin sədri Qadir İbişov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev bəşəriyyəti ağuşuna almış “ağ ölüm” və onun yaratdığı ictimai fəsadlardan bəhs edən geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə narkomaniyaya qarşı görülməsi vacib olan profilaktik və maarifləndirmə tədbirlərindən danışıb.

Sonra psixoloq Qadir İbişov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Q. İbişov ictimai və fərdi müstəvidə ciddi mənəvi-psixoloji böhrana səbəb olan sözügedən sosial bəladan gəncləri uzaq durmağa çağırıb. Daha sonra məktəbin şagirdi Mirnağı Sultanlı mövzu ilə əlaqədar fikirlərini bildirib.

Tədbirin sonunda narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” filmi nümayiş etdirilib.