Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcərin işğaldan azad olunmasının ildönümü münasibətilə tədbir keçirilib

25.11.2021

Noyabrın 25-də Masallı rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünə həsr edilmiş tədbir keçirilib. Pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilən tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.

Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin 3D kinozalında “Virtual Qarabağ” platforması vasitəsilə Kəlbəcər rayonuna həsr edilmiş videoçarxın nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən danışıb.