Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Söz xəzinəsinin incisi” adlı tədbir keçirilib

23.11.2021

Noyabrın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması ilə əlaqədar “Söz xəzinəsinin incisi” adlı tədbir təşkil olunub.

Tədbirdə Mərkəzin rəhbərliyi, əməkdaşları İ.N.Sadıqov adına Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev mövzu barədə geniş məruzə ilə çıxış edib. A.Ağayev Prezident İlham Əliyevin 5 yanvar tarixli Sərəncamına uyğun olaraq cari ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlət tərəfindən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin nümunəsi olduğunu deyib və dahi şairin yaradıcılığını Azərbaycan ədəbiyyatının xəzinəsi adlandırıb.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxışında qeyd edib ki, dünya şöhrətli şair Nizaminin yubileylərinin qeyd olunması şairə və onun yaradıcılığına, bütövlükdə ölkəmizin söz sənətinə göstərilən diqqətin təcəssümüdür. Əlavə olunub ki, əsrlər keçməsinə baxmayaraq dahi mütəfəkkirin əsərləri bu gün də öz aktuallığını qorumaqdadır.

Tədbirin sonunda “Nizami” filmi nümayiş olunub və tədbir iştirakçıları Mərkəzdə təşkil olunan “Nizami Gəncəvi - 880” başlıqlı sərgi və ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.