Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü rayon partiya fəalları tərəfindən qeyd olunub

19.11.2021

Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi ilk partiya taşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası 29 il” mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd edib.

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Tədbirdə hər iki Ərazi ilk partiya təşkilatlarının üzərinə düşən vəzifələrin icrası işlərindən bəhs edilib. Təşkilatın YAP siyasi xəttinə uyğun fəaliyyətini bundan sonra da daim gücləndirəcəyi qeyd olunub.