Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarə rəisi Bəxtiyar Qılıncovun iştirakı ilə Cəlilabadda şəhid ailələri ziyarət olunub

18.11.2021

Noyabrın 18-də mədəniyyət işçiləri Cəlilabad şəhərində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun rəhbərliyi ilə baş tutan ziyarətlərdə İdarə Aparatının əməkdaşları, yerli mədəniyyət işçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin nümayəndələri iştirak edib.

Mədəniyyət işçiləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əli Mahir oğlu Qənbərov, şəhid Əmrah Namiq oğlu Hüseynli və şəhid Namiq Bəxtiyar oğlu Paşayevin ailəsinə baş çəkiblər. Şəhid vətən övladlarının ruhuna dərin ehtiram bildirən qonaqlar, ailə üzvlərinin kədərini bölüşüb, onlara Allahdan mətinlik və səbir diləyiblər. Sonra şəhid oğulların həyat hekayələri xatırlanıb, döyüşlərdə göstərilmiş hərbi rəşadətdən söz açılıb. Daha sonra xatirə guşələrində qorunan şəhid əşyalarına baxış keçirilib.

Ziyarətlər zamanı mədəniyyət işçilərini müşayiət edən adıçəkilən yerli həmkarlar təşkilatı üzvləri ailələrə yardım bağlamalarından ibarət maddi dəstək göstəriblər.