Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17.11.2021

Noyabrın 17-də Masallı rayon Mərkəzi Kitabxanasında Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Sonra kitabxana əməkdaşları Lətafət Əlirzayeva və Nahidə Fərəcova məruzə ilə çıxış edərək diqqətə çatdırıblar ki, XX əsrin əvvəllərində istiqlalı dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.