Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dövlət və cəmiyyətin ortaq problemi; məişət zorakılığı” adlı tədbir keçirilib

16.11.2021

Noyabrın 16-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində müəssisənin Tədbirlər Planına uyğun olaraq, “Dövlət və cəmiyyətin ortaq problemi; məişət zorakılığı” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları, rayon Mərkəzi Xəstəxanasının həkimləri, şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi, Yardımlı rayon Psixoloqlar Birliyinin sədri Qadir İbişov iştirak ediblər.

İlk öncə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev cəmiyyətimizin və bütün dünyanın əsas problemlərindən biri olan məişət zorakılığının yaratdığı ictimai fəsadlar haqqında ətraflı bəhs edib.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə gender bərabərsizliyindən qaynaqlanan ailədaxili problemlərdən danışıb, həmçinin uşaqların sağlam gələcəyinə mənfi təsir göstərən sözügedən problem haqqında fikirlərini bildirib.

Daha sonra psixoloq Qadir İbişov mövzu haqqında geniş məruzə ilə çıxış edib. Sonda tədbir iştirakçıları Mərkəzin əməkdaşı Tural Kərimovun müşayiəti ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.