18.03.2018
Martın 18-də Sərhəd Qoşunlarının N saylı sərhəd dəstəsində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayon üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi. Tədbirdə dəstənin zabit və əsgər heyəti, valideyinlər və Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi.
Novruz tonqalını dəstənin komandiri və qonaqlar alovlandırdıqdan sonra şənlik rayon mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin çıxışları, kosa və keçəlin məzəli səhnəcikləri ilə davam etdirildi.